Menu

Gürcüstan Rusiyaya etiraz notası verdi! - Sərhədin dəyişdirilməsinə görə

16.07.2015, 10:49
Gürcüstan Rusiyaya etiraz notası verdi! - Sərhədin dəyişdirilməsinə görə

Rusiya KİV-nin yaydığı məlumata görə, Gürcüstan, Sxinvali bölgəsində Cənubi Osetiyanın sərhədini əks etdirən bannerlərin quraşdırılması ilə bağlı İsveçrə səfirliyi vasitəsilə Rusiyaya etiraz notası göndərib (Rosbalt).

Gürcüstan Xarici işlər nazirliyinin dünən yaydığı məlumatda deyilir ki, sənəddə, iyulun 10-da Tsitelubani və Orçosani kəndlərində, həmçinin Tbilisi-Qori avtomagistralının yaxınlığında üzdəniraq yeni «sərhəd nişanı» quraşdırılması ilə bağlı etiraz ifadə olunub: «Gürcüstan Xarici işlər nazirliyi (XİN) Rusiyanın vəziyyəti gərginləşdirməyə yönəldilmiş bu provakasion addımını pisləyir».

Tbilisidə təsdiq edirlər ki, ötən həftə Rusiya sərhədçiləri, üzərində «Cənubi Osetiyanın dövlət sərhədi» sözləri yazılmış bannerlərin yerini Gürcüstan ərazisinin dərinliyinə doğru 450 metr dəyişiblər.

Yeni sərhəd xətti Ümumqafqaz əhəmiyyətli avtomobil yolunun cəmi 450 metrliyindən keçir. Bunun yaratdığı əsas problemlərdən biri də Cənubi Osetiyanın formal nəzarəti altına keçmiş bu ərazidən gündəlik buraxılış qabiliyyəti 100 min barrel təşkil edən və Britaniyanın «bp» şirkətinə məxsus Bakı-Supsa neft kəməri keçir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol