Menu

İki bankın qiymətli kağızları ilə ticarət dayandırıldı

16.07.2015, 16:13

banklarBakı Fond Birjası (BFB) “EvroBank” ASC-nin və “Azərbaycan Kredit Bankı” ASC-nin qiymətli kağızları ilə mütəşəkkil ticarəti dayandırıb.

Bu barədə Trend BFB-yə istinadən xəbər verir.

Məlumatda deyilir ki, “EvroBank” ASC-nin və “Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyalarının ləğv edilməsinin investorların mənafelərinin qorunması baxımından mühüm fakt olmasını nəzərə alaraq, BFB adıçəkilən bankların qiymətli kağızları ilə mütəşəkkil ticarəti dayandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol