Menu

"Bizi ABŞ hökuməti maliyyələşdirir" - Saakaşvili

16.07.2015, 18:00
"Bizi ABŞ hökuməti maliyyələşdirir" - Saakaşvili

Xarici KİV-in yaydığı xəbərə görə, dünən «BBC» agentliyinə verdiyi musahibədə Odessa vilayət dövlət administrasiyasının başçısı Mixail Saakaşvili deyib ki, Odessa vilayətində korrupsiyaya qarşı mübarizə proqramını ABŞ hökuməti maliyyələşdirir (TASS).

«Barada heç bir sirr yoxdur. Bizim korrupsiyaya qarşı proqramımızı Amerika hökuməti maliyyələşdirir. O, bizə texniki dəstək verir, məsələn, sənədlərin hazırlanması üçün mərkəzin yaradılması işində. Əvvəllər bunun üçün ukraynalılar rüşvət verməyə məcbur olurdular» - deyə, Saakaşvili bəyan edib.

Qubernator onu da qeyd edib ki, ABŞ bizə yeni gömrük xidmətinin yaradılmasında da maliyyə dəstəyi verəcək, mütəxəssis və məsləhətçilərini buraya göndərəcək.

İyulun 6-da Saakaşvili özünün Fasebook səhifəsində xəbər verib ki, ABŞ-ın Ukraynadakı səfiri Ceferi Payetlə görüş zamanı razılaşıblar ki, Kaliforniyadan olan Amerika polisləri Odessa polislərinə təlim-məşq keçsinlər. Həm də Amerika hökuməti Odessa vilayəti başçısının yeni komandasına əmək haqqı ödəmək üçün vəsait verməyə razılaşıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol