Menu

ABŞ-da silahlı insident: 4 hərbçi öldürüldü

17.07.2015, 09:04
ABŞ-da silahlı insident: 4 hərbçi öldürüldü

Pentaqon və ABŞ-ın dəniz piyadası Korpusu (USMC) Tennessi ştatının Çattanuqa şəhərində baş vermiş silahlı insident zamanı 4 hərbçinin öldürülməsi faktını təsdiqləyib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Müdafiə nazirliyinin rəsmi açıqlamasında bildirilir.

“Tennessi ştatının Çattanuqa şəhərində baş vermiş silahlı hücum nəticəsində 4 dəniz piyadaçısı ölüb, 1-i isə yaralanıb. İnsident ABŞ hərbi donanmasının ehtiyat Mərkəzində və çağırış məntəqəsinin yaxınlığında baş verib. Ölən hərbçilərin adları bir qədər sonra açıqlanacaq”, açıqlamada deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol