Müzəffər Baxışov: «Günah təsdiqlənsə, Azərbaycan hökumətinin borcudur ki, Elman Rüstəmovu məsuliyyətə cəlb edərək, cəzalandırsın»
Fevralın 17-də Avstriyanın paytaxtı Vyanada Mərkəzi Bankın sədri Elman Rüstəmovun adı keçən cinayət işi üzrə məhkəmə prosesinin başlayacağına dair ötən sayımızda məlumat vermişdik. Söhbət Avstriya Mərkəzi Bankının “Oesterreichische Banknoten-und Sicherheitsdruck GmbH” (OeBS) adlı törəmə şirkətinin Azərbaycan və Suriya üçün pul əskinaslarının çapına dair bu ölkələrdə müqavilələr bağlamaq üçün həmin dövlətlərin Mərkəzi bank rəhbərlərinə rüşvət verilməsindən gedir.
Yəni Azərbaycan və Suriya Mərkəzi banklarının rəhbərləri pul çapı üçün verdikləri sifarişə görə böyük məbləğdə maliyyə vəsaiti əldə ediblər. 2005-2011-ci illərdə Azərbaycan və Suriyanın Mərkəzi banklarının rəhbərləri - Elman Rüstəmov və Adib Mayale də daxil olmaqla, bu ölkələrin rəsmilərinə ümumilikdə 14 milyon avro məbləğində pul verilib. Konkret olaraq, bu ölkələrin pul çapı üçün ödədikləri vəsaitin Suriyaya 14, Azərbaycana isə 20 faizi qaytarılıb.
Avstriyada bu qalmaqalla əlaqədar 9 nəfər məsuliyyətə cəlb olunub. Onların arasında Avstriya Mərkəzi Bankının sədr müavini, bankın pul əskinaslarının çapı ilə məşğul olan bölməsinə rəhbərlik etmiş 63 yaşlı Volfqanq Duçazek də var. Əgər Avstriya məhkəməsi Mərkəzi Bankın rəhbərlərinin günahını sübut edərsə, o zaman onlar barəsində hansı qərarlar qəbul oluna bilər?

M.Baxışov vurğuladı ki, E.Rüstəmov bundan əlavə 308.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər. Buna görə də üç ildən səkkiz ilə qədər azadlıqdan məhrum edilə bilər. M.Baxışov onu da vurğuladı ki, istintaq zamanı vəzifə saxtakarlığı və digər faktlar üzə çıxa bilər. Bütün bunlara görə isə, E,Rüstəmov Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər və cinayətlərin məcmusu qaydasında ona 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər. “Avstriya məhkəməsi Mərkəzi Bankın rəhbərliyinin günahını sübuta yetirərsə, Azərbaycan hökumətinin borcudur ki, Elman Rüstəmovu məsuliyyətə cəlb edərək cəzalandırsın”, deyə M.Baxışov vurğuladı.

Şərhlər