İŞİD terror təşkilatı Bruney, Şərqi Timor, İndoneziya, Malayziya və Filippinin tam və ya qismən yerləşdiyi Malay arxipelaqı qanadı yaratmağa çalışır.
Bu barədə SalamNews TASS-a istinadla xəbər verir.
“Bu yaxınlarda Suriyada əllərində silah və İŞİD bayrağı tutmuş, özlərini “İhvan nusantara” və ya “arxipelaq qardaşları” (İndoneziya) adlandıran təxminən 70 indoneziyalının əks olunduğu videoçarx dərc edilib. Ortaya çıxan video İŞİD-in Malay arxipelaqı qanadı yaratmaq üzrə planlarının olduğuna dair daha bir sübutdur.”, - "The Straits Times" qəzetindəki məqalədə qeyd edilir.
“Dərc edilən video məqsədi region ölkələrindən mümkün qədər çox ektremist tərəfdaşlar cəlb etmək olan strateji təbliğatın bir hissəsidir.”, - Cakartada yerləşən Dünya Quruculuğu Problemləri İnstitutunun nümayəndəsi Tofik Andrie bildirib.
Qəzet xatırladır ki, İndoneziya hökuməti ölkə ərazisində fəaliyyət göstərən, “əl-Qaidə” beynəlxalq terror şəbəkəsi ilə əlaqəli olan “Camaa islamiya” qruplaşmasını tamamilə məhv edib, lakin hazırda vahid idarəsi olmayan çoxlu sayda kiçik təşkilat meydana çıxıb. Onların hamısı bu və ya digər vasitə ilə İŞİD sıralarını doldurmağa çalışır.


Şərhlər