“Odessadakı konsulun Ukraynadan qovulması gərginliyi artırmağa hesablanıb”. Musavat.com xarici qaynağa istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən xəbərdə deyilir.
“Belə bir addımı ikitərəfli münasibətlərdə gərginliyi süni şəkildə artırmağa hesablanmış qeyri-dost hərəkət hesab edirik” – məlumatda deyilir.
Məlumatda həmçinin, insidentlə bağlı Rusiya tərəfinin “cavab tədbirləri görəcəyi” qeyd olunur.
Xəbər verildiyi kimi, Rusiyanın Odessa şəhərindəıki baş konsul əvəzi Valeri Şibeko diplomatik statusla bir araya sığmayan fəaliyyətinə, həmçinin Vyana Konvensiyasını pozduğuna görə “persona non qrata” elan edilərək Ukraynadan çıxarılıb.


Şərhlər