Menu

Almaniya parlamenti Afinanı dəstəklədi

17.07.2015, 18:56
Almaniya parlamenti Afinanı dəstəklədi

Almaniya parlamenti iyulun 17-də böyük səs çoxluğu ilə Yunanıstana xilas paketi ilə bağlı danışıqlara başlanmasını dəstəkləyib.

Söhbət 86 milyard avroluq yeni kreditdən gedir.

Avropa Mərkəzi Bankı iyulun 16-da Yunanıstan banklarının daha çox vəsait buraxmasına icazə verib.

Bundan Başqa Yunanıstana yeni xilas paketinədək 7 milyard avro ayrılıb.

Yunanıstan parlamenti bu günlərdə ondan tələb olunan kəskin iqtisadi islahatlar planını qəbul etdikdən sonra avrozona ölkələrinin maliyyə nazirləri Afinaya yardımla bağlı danışıqları davam etdirmək razılığına gəliblər ("Azadlıq" radiosu).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol