Menu

77 nəfərin qatilini Oslo universitetinə qəbul etdilər

17.07.2015, 20:07
77 nəfərin qatilini Oslo universitetinə qəbul etdilər

2011-ci ildə 77 nəfəri öldürdüyünə görə 21 il azadlıqdan məhrum edilən Anders Breyvik Oslo universitetinin siyasi elmlər kursuna qəbul edilib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, universitetin rektoru Ole Petter Ottesen bəyan edib ki, Norveç həbsxlanalarındakı məhbuslar əgər abituriyent tələbləri ilə üst-üstə düşərsə ali təhsil almaq hüququna malikdirlər

Breyvikin universitetə qəbulla bağlı iki il əvvəlki müraciəti nəzərə alınmamışdı. O vaxt onun ixtisasını yetərli saymamışdılar. Müraciətə yenidən baxılmasının səbəbləri açıqlanmır. Utoya adasındakı gənclər düşərgəsində qətl törədən Breyvikin 21 illik həbs müddətinin uzadılması da gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol