Menu

Fransa polisindən xüsusi əməliyyat: cihadçılar tutuldu - FOTO

17.07.2015, 21:49
Fransa polisindən xüsusi əməliyyat: cihadçılar tutuldu - FOTO

Terrorçular bir-biri ilə əlaqəyə internetdə şifrələnmiş proqram vasitəsilə çıxırmışlar

Fransa polisi hərbi bazada terror aktının hazırlığında şübhəli bilinən üç nəfəri həbs edib.

Anspress-in məlumatına görə, bu barədə “Le Monde” yazıb. Polisdən verilən məlumata görə, saxlananlar - 17 yaşlı İsmael, 19 yaşlı Antuan F. və 23 yaşlı Cebril A adlı şəxslərdir.

Fransa polisinin keçirdiyi xüsusi əməliyyat

Güman edilir ki, onlar İŞİD terror qruplaşmasına rəğbət bəsləyən cihadçılardı.

Qeyd edilir ki, terrorçular bir-biri ilə əlaqəyə internetdə şifrələnmiş proqram vasitəsilə çıxırmışlar. İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı paramilitar qruplaşma olan İŞİD 2014-cü il yanvarın 3-də müstəqilliyini, 2014-cü il iyunun 29-da isə yeni xilafət yarandığını elan edib.

2006-cı ildə ABŞ kəşfiyyatının hazırladığı hesabatda təşkilatın üzvlərinin sayının 1000-dən yuxarı olduğu bildirilirdi. 2011-ci ildən etibarən ABŞ ordusunun İraqdan çıxmasından sonra təşkilat üzvlərinin sayının 2 dəfədən çox artdığı haqqında məlumatlar var idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol