Menu

Sahibkarlardan yığılan qeyri-qanuni ödənişlər - VİDEO

17.07.2015, 22:59
Sahibkarlardan yığılan qeyri-qanuni ödənişlər - VİDEO

Belə ödənişlər ölkədə süni bahalaşma yaradır

Yerli-yersiz yoxlamalar və tələb olunan qeyri-qanuni ödənişlər sahibkarları təngə gətirib. Nəticədə ya iş yerləri bağlanır, ya da sahibkar ondan tələb olunan məbləği ümumi xərc kimi malın üstünə qoyduğundan ölkədə süni bahalaşma yaşanır. Sahibkarların problemlərini öz dillərindən eşidək.

Vergi adı altında tələb olunan qeyri-qanuni ödənişlər sahibkarları təngə gətirib. Belə vəziyyətlərdə onlar ya obyektlərini bağlamaq, ya da göstərdikləri xidmətlərin və ya satdıqları malların qiymətini qaldırmaq məcburiyyətində qalırlar. Bu isə nəticə etibarilə süni bahalığın yaranmasına səbəb olur. Süni şəkildə bahalaşmış malın əlavə xərci isə alıcıların cibindən çıxır.

Sahibkarlar iddia edirlər ki, bəzi vergi əməkdaşlarının yazdıqları cərimələrin əksər hallarda heç bir əsası olmur. Bəzi sahibkarlar isə yersiz yoxlamalardan bezdiklərini və çıxış yolunu dükanlarını bağlamaqda görürlər

Azərbaycan qanunvericiliyinin tələbi isə konkretdir: sahibkarlar yalnız qanuni ödənişləri, yəni dövlətin müəyyənləşdirdiyi vergiləri ödəməlidirlər. Digər ödənişlərin hamısı tamamilə qanunsuzdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol