Menu

Aİ Şurasının prezidenti Ermənistan, Gürcüstan və Azərbaycana səfər edəcək

18.07.2015, 00:42
Aİ Şurasının prezidenti Ermənistan, Gürcüstan və Azərbaycana səfər edəcək

Aİ Şurasının prezidenti Donald Tusk iyulun 20-də Ermənistana səfər edəcək.

APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Aİ Şurasının prezidenti Ermənistan prezidenti Serj Sarkisyan və baş naziri Ovik Abramyan ilə görüşəcək. Ermənistan prezidenti ilə görüşdən sonra birgə mətbuat konfransı və naharın keçiriləcəyi planlaşdırılıb.

Donald Tuskun həmçinin müxalifət partiyaları ilə görüşü nəzərdə tutulub.

Həmin gün Aİ Şurasının prezidenti Gürcüstana, oradan isə iyulun 22-də Azərbaycana səfər edəcək.

Xatırladaq ki, Donald Tuskun bundan əvvəl iyulun 14-15-də Gürcüstana, iyulun 16-da isə Ermənistana nəzərdə tutulmuş səfəri Yunanıstandakı hadisələr ilə əlaqədar təxirə salınmışdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol