Menu

İki gündən sonra tarixi səfər baş tutacaq

18.07.2015, 09:09
İki gündən sonra tarixi səfər baş tutacaq

Kuba XİN rəhbəri Marselino Medina Qonsales iyulun 20-də Vaşinqtona səfər edəcək. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində onun ABŞ dövlət katibi Con Kerri ilə görüşü nəzərdə tutulub. Bu barədə brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi bildirib.

Onun sözlərinə görə, Con Kerrinin həmkarı ilə görüşü ABŞ Dövlət Departamentində baş tutacaq. Bundan sonra birgə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, iyulun 20-də ABŞ və Kuba Havana və Vaşinqtondakı səfirliklərinin fəaliyyətini bərpa edəcəklər. Con Kirbinin sözlərinə görə, Con Kerrinin Kubanın Vaşinqtondakı səfirliyində təşkil olunacaq təntənəli mərasimdə iştirak etmək niyyəti yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol