Menu

Saakaşvilinin xanımı ilk dəfə Odessaya gəldi - Foto

18.07.2015, 15:34
Saakaşvilinin xanımı ilk dəfə Odessaya gəldi - Foto

Odessa qubernatoru Mixail Saakaşvilinin xanımı Sandra Rulovs ilk dəfə olaraq ərinin yeni iş yeri olan Odessaya gəldiyini bildirib. Musavat.com gürcü qaynağına istinadən xəbər verir ki, bu barədə o, Ukrayna nəşrinə müsahibəsində deyib.

“Bu, mənim ilk, oğlumun isə ikinci gəlişidir. O, atası üçün çox darıxır” – qeyd edib Sandra. Lakin Rulovs oğlunun Odessada təhsil almaq fikrində olmadığını söyləyib: “Yox, o, gürcü məktəbində oxuyur, orada dil öyrənir. Çox vacibdir ki, Niko Gürcüstandan aralanmasın. Üstəlik, Gürcüstan buradan çox uzaqda da deyil”.

“Bəs, Sandra da əri kimi Ukrayna vətəndaşlığını qəbul edə bilərmi” sualına qubernatorun xanımı belə cavab verib: “Niyə də yox? Ancaq indi hər şey tərsinədir: mən Gürcüstanda, o isə Ukraynadadır. Bu gözlənilməz oldu”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol