Menu

“Həmişə Krımın ilhaqı əleyhinə olmuşam...”

18.07.2015, 16:57
“Həmişə Krımın ilhaqı əleyhinə olmuşam...”

Rusiyalı siyasətçi, sabiq baş nazir Yeqor Qaydarın qızı, bu günlərdə Odessa qubernatoru Mixail Sakaşvilinin sosial məsələlər üzrə köməkçisi təyin edilmiş Mariya Qaydar Ukraynaya işləməyə getməsinin səbəbini izah edib.

Musavat.com Rusiya KİV-ə istinadən xəbər verir ki, Mariya Qaydar həmişə Ukraynanın ərazi bütövlüyünün tərəfdarı olduğunu bildirib. “Mən həmişə Krımın ilhaqı və Ukraynanın şərqində aparılan müharibənin qəti əleyhdarı olmuşam. Bu mövqeyimi də Rusiyada dəfələrlə bəyan eləmişəm. Rəsmi siyasət və müharibə ilə razılaşmamağım Ukraynaya işləmək qərarı verməyimin səbəblərindən biridir”, - deyə o özünün titterdəki mikrobloqunda yazıb.

Az öncə M. Qaydar Rusiya vətəndaşlığından könüllü imtina etməyəcəyini söyləmimişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol