Menu

Belarusda prezidentlik uğrunda 4 qadın da mübarizə aparacaq

18.07.2015, 20:30
Belarusda prezidentlik uğrunda 4 qadın da mübarizə aparacaq

Belarus Mərkəzi Seçki Komissiyası (MSK) Tamara Biryukovanın prezidentliyə namizəd kimi qeydiyyata alınması ilə bağlı təşəbbüs qrupunun sənədlərini qəbul edib.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bundan əvvəl MSK on təşəbbüs qrupundan sənədləri qəbul edib. Bunlar indiki dövlət başçısı Aleksandr Lukaşenko, solçuların “Ədalətli dünya” partiyasının sədri Sergey Kalyakin, Liberal-Demokrat Partiyasının lideri Sergey Qaydukeviç, biznesmen Andrey Konovts, “Həqiqəti danış” vətəndaş kampaniyasının fəalı Tatyana Korotkeviç, Birləşmiş Vətəndaş Partiyasının sədri Anatoli Lebedko, 2010-cu ildə prezidentliyə namizəd olmuş Nikolay Statkeviç (həbsxanada cəza çəkir), Janna Romanoski, İrina Perşina və Sergey Zablotskidir.

Biryukova aşağı sinif müəlliməsi işləyib, hazırda hüquqşünaslıq üzrə təhsil alır. O, 2015-ci ildə keçiriləcək prezident seçkilərində bu posta iddialı olacaq dördüncü qadındır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol