Səudiyyə Ərəbistanının polisi "İslam Dövləti" qruplaşmasına üzv olmaqda şübhəli bilinən 431 adamı saxlayıb, hakimiyyət bildirir.
Məlumata əsasən cihadçı hərəkatın yerli qanadı ölkədə ötən ilin noyabr ayından fəaliyyətə başlayıb.
Saxlanılan qrupun məscid, diplomatik nümayəndəliklər və polis idarələri kimi müxtəlif hədəflərə basqın hazırladığı bildirilir.
“İslam Dövləti” bu ilin may ayında ölkənin şərqindəki şiə məscidinə 20-dən artıq adamın ölümü ilə nəticələnən hücuma görə məsuliyyəti “öz üzərinə götürmüşdü”.
Səudiyyə Ərəbistanı İraq və Suriyada “İslam Dövləti” qruplaşmasına qarşı hava hücumları həyata keçirən beynəlxalq koalisiyanın üzvüdür.
Ötən ilin noyabr ayında yayımlanan audiomüraciətində "İslam Dövləti" hərəkatının lideri tərəfdarlarını şiə hədəflərinə qarşı hücumlara səsləyib.
Saxlanılan şəxslər Suriya və Yəmən də daxil olmaqla 6 dövlətin vətəndaşlarıdır, hərçənd əksəriyyəti səudiyyəlilər təşkil edir, Daxili İşlər Nazirliyi bildirib.
Səudiyyənin böyük şiə icması əsasən ölkənin şərqində yaşayır.
Burada şilələr öz hüquqları uğrunda tez-tez aksiyalar keçirirlər. /BBC


Şərhlər