Röyter agentliyinin yaydığı məlumata görə, məşhur “Google inc” şirkəti qandakı şəkərin miqdarını müəyyənləşdirmək üçün kontakt linzalardan istifadə etmək niyyətindədir.
Onlar bunu həyata keçirməkdən ötrü kontakt linzalara xüsusi hazırlanmış çox kiçik ölçülü mikroçip və antenna yerləşdirəcəklər. Şirkətdən deyirlər ki, bu işlər hələlik testdən keçirilir və yaxın zamanlarda bu vacib mərhələ bitdikdən sonra istehsala başlanacaq. Mütəxəssislər bildirir ki, bu vasitədən istifadə etmək, barmaqdan qan analizinin alınması üsulunu tarixə qovuşdura bilər. Onu da xüsusi olaraq qeyd etmək olar ki, 2013-cü ildə Google bir çox xəstəliklərin müalicə olunması ilə bağlı xüsusi yardımçı şirkət də yaradıb.


Şərhlər