Menu

Danimarka şirkəti Azərbaycanda yarım milyard dollarlıq sifariş aldı

20.07.2015, 13:21
Danimarka şirkəti Azərbaycanda yarım milyard dollarlıq sifariş aldı

Danimarkanın “Maersk Drilling” şirkəti Heydər Əliyev adına qazma qurğusunun istismarı ilə bağlı müqavilənin müddətini 2021-ci ilin may ayına kimi uzadıb.

Bu barədə şirkətin saytında dərc olunan məlumatda deyilir.

Müqavilə müddətinin uzadılmasının təqribi dəyəri 523 milyon dollar həcmində qiymətləndirilir.

Məlumatda deyilir ki, şirkət Xəzər dənizində “Şahdəniz” yatağında hasilat işlərini davam etdirəcək: “Yeni müqavilə 2016-cı ildə müddəti bitən mövcud sazişin davamıdır”.

“Maersk Drilling” şirkətinin baş direktoru və İdarə heyətinin üzvü Klaus Hemminqsen bildirib ki, müqavilənin müddətinin uzadılmasına görə şaddır: “Heydər Əliyev adına qazma qurğusunda istismarla bağlı müqavilənin müddətinin uzadılmasına görə çox şadıq. BP ilə əməkdaşlığımızın davam edəcəyinə ümid edirik”. /Trend

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol