Menu

Azərbaycanlı futbolçu Avropa çempionatının bombardiri oldu

20.07.2015, 13:54
Azərbaycanlı futbolçu Avropa çempionatının bombardiri oldu

19 yaşlılardan ibarət ibarət milli komandalar arasında keçirilən Avropa çempionatının bombardiri müəyyənləşib.

Qol.az-ın məlumatına görə, bu, turnirin gümüş mükafatçısı Rusiya millisinin azərbaycanlı futbolçusu Ramil Şeydayevdir. "Zenit"in hücumçu qitə çempionatında vurduğu 12 qolla bombardir olub.

Hərəyə 7 qolla Marko Kvaşina (Avstriya) və Borxa Mayoral (İspania) 2-3-cü pillələri bölüşdürüblər.

Qeyd edək ki, Rusiya millisi finalda İspaniyaya 0:2 hesabı ilə uduzub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol