Menu

Saakaşvilinin komandasında yeni müşavir

20.07.2015, 14:58
Saakaşvilinin komandasında yeni müşavir

Bu dəfə keçmiş ekologiya naziri İqor Şevçenkoya müşavir vəzifəsi verilib. O, sərmayə layihələri üzrə müşavirlik edəcək.

Məsələ bundadır ki, bu nazir bir müddət öncə öz vəzifəsini itirmişdi. Buna səbəb isə onun Kiyev yaxınlığındakı neft bazasındakı böyük yanğın zamanı xaricdə istirahət etməsi olub.

"Srağagün Saakaşvilinin dəvəti ilə Odessaya getdim. Odessa vilayəti bu gün doğrudan da modern islahatlar mərkəzinə çevrilib. Biz razılaşdıq ki, mən Saakaşvilinin komandasına ştatdankənar müşavir kimi qoşulum", deyə keçmiş nazir "Facebook" səhifəsində yazıb.

Şevçenkonun sözlərinə görə, o bir neçə konkret sərmayə layihəsinin sürətlə icrasına nəzrəti üzərinə götürəcək.

TASS-ın məlumatına görə, Ali Rada İ.Şevçenkonu iyun ayının əvəllərində ekologiya və təbii sərvətlər naziri vəzifəsindən istefaya göndərib.

Onun istefaya getməsi barədə təşəbbüsü baş nazir Arseni Yasenyuk qaldırıb. Nazirin sözlərinə görə, İqor Şevçenko "iş vaxtı xaricə səfər etməklə dövlət qulluqçusu normalarını pozub". Öz növbəsində hakim koalisiyanın parlamentdəki əlaqələndiricisi Oleq Lyaşko bildirib ki, Rada "tarixi qərar qəbul edib və korrupsioner naziri istefaya göndərib". /anspress

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol