Menu

Bakıda mənzildən xeyli miqdarda pul oğurlandı

20.07.2015, 17:08
Bakıda mənzildən xeyli miqdarda pul oğurlandı

Bakıda oğurluq hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsi 128, mənzil 20 ünvanında qeydə alınıb. Bakı şəhər sakini İntiqam Zakir oğlu Əliyevin mənzilindən pəncərədən girmə yolu ilə 2200 ABŞ dolları və 3700 manat pul oğurlanıb.

Hazırda polis hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində iş aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol