Menu

Azərbaycanda dolların bahalaşması davam edir

21.07.2015, 09:55

manat bank dollarBu gün iyulun 16-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi artıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) iyulun 21-i olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0004 manat və ya 0,04% artaraq 1,0499 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0112 manat və ya 0,98% azalaraq 1,1365 manat olub.

Valyuta Məzənnə, manat
1 ABŞ dolları 1,0499
1 Avro 1,1365
1 Rusiya rublu 0,0185
1 Türkiyə lirəsi 0,3897

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol