Azərbaycan Mərkəzi Bankı 21 Fevral 2015-ci il tarixində manatı ucuzlaşdıran günü bəyan etmişdi ki, devalvasiya ixracı stimullaşdıracaq.
“Marja” Dövlət Gömrük Koitəsinə istinadən xəbər verir ki, 2015-ci ilin birinci yarısında Azərbaycandan özəl sektor 619,7 milyon dollarlıq mal və xidmətlər ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 72,1 milyon dollar və ya 13% çoxdur.
Müqayisə olunan dövrdə fiziki şəxslərin ixracı isə 5,4% azalaraq 102,9 milyon dollardan 97,4 milyon dollara geriləyib.
DÖVLƏT SEKTORUNUN İXRACI 2 DƏFƏ AZALIB
Bu ilin ilk 6 ayında dövlət sektorunun ixacı neft qiymələrinin aşağı düşməsilə əlaqədar olaraq daha kəskin aşağı düşüb. Ötən ilin birinci yarısında 10,6 milyard dollar olan dövlət sektorunun ixracı, bu ilin eyni dövründə 2 dəfə az – 5,514 milyard tollar təşkil edib.
XAM NEFT SATIŞINDAN GƏLİRLƏR 2 DƏFƏ AZALIB
Azərbaycan gömrük bəyannamləri əsasında 11,3 milyon ton nefti təxminən 4,8 milyard dollara satıb. Ötən ilin birinci yarısında 11,8 milyon ton neft 9,7 milyard dollara satılmışdı.
İxracdan fərqli olaraq idxalda özəl sektor daha böyük ticarət əməliyyatları aparır. 2015-ci ilin birinci yarısında özəl sektorun idxalı 3,6 milyard dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü (2,9 miyard dollar) ilə müqayisədə 19,4% çoxdur. Fiziki şəxslərin idxalı isə 6,4% artaraq 166,6 milyon dollar təşkil edib.
DÖVLƏT SEKTORUNUN İDXALI DA AZALIB
Ötən ilin ilk 6 ayı il müqayisədə bu il dövlət sektorunun idxalı azalıb. Dövlət sektorunun idxalı 1,063 milyard dollardan (2014-ün 1-ci yarısı) 929,6 milyon dollara geriləyib.


Şərhlər