Menu

Çin iqtisadiyyatına investisiya qoyuluşu artıb

21.07.2015, 16:29
Çin iqtisadiyyatına investisiya qoyuluşu artıb

Xarici KİV-in yaydığı xəbərə görə, cari ilin yanvar-iyun ayları ərzində Çin Xalq Respublikasının (ÇXR) iqtisadiyyatının materik hissəsinə qoyulan investisiyaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz artaraq, 68,41 milyard dollar təşkil edib. Məlumat, ÇXR Kommersiya nazirliyinin hesabatında yer alıb (Rosbalt).

Sənəddə qeyd olunur ki, ötən ayda Çin iqtisadiyyatına xarici kapital axını 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz artaraq, 14,58 milyard dollara çatıb.

Hesabatda daha sonra deyilir: «Kapital axınının artması xidmət sferasının inkişafı sayəsində və ölkədə yüksək texnologiyalı istehsalatın yerləşdirilməsi hesabına baş verib».

ÇXR Dövlət inkişaf və islahat komitəsinin proqnozlarına görə, ilin sonuna qədər bu göstərici 0,3 faiz artacaq və 120,0 milyard dollara yüksələcək. Gözlənilir ki, xidmət sferasında və emal sənayesində açıqlıq (əlçatanlıq) dərəcəsinin artması, eyni zamanda maliyyə sektorunda eksperimental layihələrin işə salınması bu göstəricinin yüksəlməsinə öz tövhəsini verəcək.

2014-cü ildə Çinin materik iqtisadiyyatına kapital qoyuluşunun həcmi 119,56 milyard dollar təşkil edib. Bu göstərici 2013-cü illə müqayisədə 1,7 faiz yüksəkdir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol