Menu

İşğalçılara ət aparan azərbaycanlılar tutuldu

21.07.2015, 17:16
İşğalçılara ət aparan azərbaycanlılar tutuldu

Könüllü nəzarətçilər 5 avtomobildən 10 ton ət müsadirə edib.

Ukrayna könüllüləri işğal edilmiş Donetsk vilayətinə ət aparan azərbaycanlı alverçiləri yaxalayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə “Pressa Ukrainı” qəzeti yazıb. 9 nəfər azərbaycanlı alverçidən 10 ton ət müsadirə edilib.

Ukrayna hakimiyyətinin qaçaqmalçılığa qarşı mübarizəyə cəlb etdiyi könüllülərdən biri Rodion Şovkoviçnıy qeyd edib ki, gecə vaxtı saxlanan azərbaycanlılar 5 maşında ət aparırmışlar. Onların dediyinə görə, əti Donetskdə ət satan azərbaycanlı alverçilərə təhvil verməli imişlər.

Könüllüləri saxladıqları azərbaycanlıları vergi xidmətinə təhvil veriblər. Ukrayna Cinayət Məcəlləsinə görə, azərbaycanlı alverçilərə 6 ilə qədər həbs cəzası verilə bilər.

Xatırladaq ki, Ukraynanın Donetsk vilayəti müstəqilliyini elan edib. Separatçı ərazi hesab edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol