Menu

Daxili işlər nazirinin oğlu saxlanılıb 

21.07.2015, 18:01
Daxili işlər nazirinin oğlu saxlanılıb 

Yunanıstanda tanınmamış Dnestryanı Respublikasının daxili işlər naziri Gennadi Kuzmiçyovun oğlu saxlanılıb.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Maksim Kuzmiçyovun saxlanılması Moldova hüquq-mühafizə orqanlarının tələbi əsasında gerçəkləşdirilib.

Məlum olub ki, 25 yaşlı M. Kuzmiçyov Afinada istirahət edirmiş. Polis onu Afina beynəlxalq aeroportunda saxlayıb.

Tiraspol iqtisadi milisi İdarəsinin əməkdaşı olan M. Kuzmiçyov kriminal qruplaşmanın yaradılmasında ittiham olunur. Hazırda onun Kişinyova ekstradisiyası ilə bağlı məsələ nəzərdə keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol