Menu

Azərbaycan ordusu daha bir əsgərini itirdi

13.09.2013, 12:28
Azərbaycan ordusu daha bir əsgərini itirdi

Azərbaycan Ordusu daha bir əsgərini itirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Əsgərli Anar Dağıstan oğlu tabeliyində olan silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Fakt üzrə cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol