Bu gün qızılın unsiyasının qiyməti 1%-ə yaxın ucuzlşaraq, yenidən 1100 dollardan aşağı düşərək Bakı vaxtı ilə 08:00-da 1093 dolları görüb. Qızıl sonuncu dəfə belə bir qiymətə 2010-cu ilin Yanvar ayında düşmüşdü.
Sentyabrda ABŞ Mərkəzi Bankının faiz artıracağı ehtimalı gücləndikcə dollara maraq artır, qızıla isə azalır.
Həm Amerikada faiz artırımının yaxınlaşması, həm də İran ilə nüvə müzakirələrində razılaşmanın təmin edilməsi qızıla olan fiziki tələbatı azaldır. Geosiyasi risklərin azalması və monetar genişlənmələrin qlobal miqyasda azalması qızılın aşağı düşməsinə səbəb olur.
Son illər inkişaf edən texnologiya da qızılın çıxardılması xərclərini aşağı salıb, bu da qiymətli metalın bahalaşmasını əngəlləyir.
Analitiklər hesab edirlər ki, qızılın 1050 dollar səviyyəsinə düşməsilə qızıl alışları yenidən canlana bilər. Hesab olunur ki, 1050 dollar səviyyəsi ən aşağı səviyyə olacağından, investorlar ucuz qızıl almaq fürsətindən yararlanacaqlar.
Qızılın qiyməti 2011-ci ilin Avqust ayında 1828 dollara çıxmışdı. /"marja"


Şərhlər