BP şirkətinin rəhbəri Bob Dadli hesab edib ki, Rusiyada olduğu müddətdə onu zəhərləmək istəyiblər. Üstəlik Rusiyada həbs olunmaq ehtimalının olduğunu biləndən sonra bu ölkəni tərk edib. «İnosmi» saytının məlumatına görə, bu barədə New Yorker nəşrinin BP-nin tərəfdaşı olan Len Blavatnika həsr edilən məqaləsində deyilir.

Məqalədə deyilir ki, əgər bu məlumatın doğru olduğu təsdiqini tapsa (BP şirkətinin nümayəndələri bununla bağlı şərh vermək istəmir), bu zaman şirkətin Rusiyada 17 illik fəaliyyətində qaranlıq məqama aydınlı gələr: nəyə görə 2008-ci ildə Dadli tələsik şəkildə Rusiyadan getdi və gizli iş şəraitinə keçdi?

Bu hadisə Dadli dörd rusiyalı oliqarxla birgə yaratdığı TNK-BP şirkətinin rəhbəri postunu tutan zaman baş verib. O zaman rusiyalı tərəfdaşlar və BP arasında qarşıdurma yaşanırdı. Kreml isə hər zaman olduğu kimi oliqarxların tərəfini tutdu. Wikileaks-in yaydığı sənədlərdə də deyilirdi ki, Dadlinin Moskvadakı mənzilinə soxulan naməlum adamlar orada məhkəməyə çağırış vərəqəsi qoyub. Bu ərəfədə Dadli özünü pis hiss etməyə başlayıb və müəayinələrdən sonra qanında zəhər aşkarlanıb. Yalnız ofisə gətrilən yeməkdən imtina edəndən sonra vəziyyəti düzəlib. Dadli polisin onu saxlayacağı məlumatı alandan dərhal sonra isə Moskvadan qaçmalı olub. Ötən il tərəflər TNK-BP-dəki paylarını 55 mlrd dollara «Rosneft»ə satıblar. BP isə «Rosneft»in səhmlərinin 19,75%-i alıb.