“Reuters” agentliyi Şanlıurfada 2 polisin şəhid olduğu terror hücumunu PKK-nın öz üzərinə götürdüyünü bəyan edib.
Agentliyin məlumatına görə, HPG-nin saytında yer alan açıqlamada Suruçdakı terrorun intiqamını almaq üçün bu terrorun törədildiyi bildirilib.
Bu gün səhər saatlarında Şanlıurfanın Ceylanpınar qəsəbəsində polis əməkdaşı evlərində başlarından vurularaq, öldürülüb.
Qeyd edək ki, polislərdən biri Terrorla Mübarizə Şöbəsində yüksək vəzifə sahibi olub. /musavat.com


Şərhlər