Menu

Taleh Xasməmmədova 3 il həbs verildi

22.07.2015, 18:41
Taleh Xasməmmədova 3 il həbs verildi

Bu gün saat 15:00-da Göyçay Rayon Məhkəməsində hüquq müdafiəçisi Taleh Xasməmmədovun məhkəməsi davam etdirilib.

Prokuror çıxış edərək hüquq müdafiəçisinə 4 il həbs cəzası verilməsini istəyib. Bu haqda müsavat.coma T.Xasməmmədovun anası Gülbuta Xasməmmədova məlumat verdilər: “Ona qarşı tam saxta ittiham irəli sürülüb, heç bir günahı olmadan şərləyib həbsə alıblar. Dəfələrlə bu haqda aidiyyəti qurumlara müraciətlər ünvanlamışıq, özüm, rayon ağsaqqalları da prezidentə məktub yazmışıq. Bütün bunların ardından Taleh Xasməmmədova 4 il cəza istənilib. Məhkəmə müşavirəyə gedib. Bir azdan hökm oxunacaq. Bir daha prezidentə səslənirik, Talehin hansısa məmurların özfəaliyyəti nəticəsində məhkum olunmasına, iki balasının çarəsiz durumda qalmasına imkan verməməyinizi xahiş edirik. Onun heç bir günahı yoxdur”.

Məhkəmə müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Məhkəmənin hökmü ilə hüquq müdafiəçisinə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 3 il azadlıqdan məhrum etmə cəzası verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol