Menu

AZAL yeni binanı təxirə saldı – Neftin bahalaşmasını gözləyir

22.07.2015, 20:20
AZAL yeni binanı təxirə saldı – Neftin bahalaşmasını gözləyir

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakının Heydər Əliyev prospektində yeni ofis binasının tikintisini təxirə salıb. Fins.az-ın məlumatına görə, bu barədə şirkətin vitse-prezidenti Arif Məmmədov bildirib. Onun sözlərinə görə, vaxtilə digər dövlət qurumlarında olduğu kimi, AZAL-a da Heydər Əliyev prospektində yeni ofis binasının tikilməsi təklif edilib: “2 il əvvəl həmin binanın təməli qoyulub. Amma sonradan vəsait olmadığına görə, binanın tiknitisi dayandırılıb. İndii tikinti işləri aparılmır”.

AZAL rəsmisi etiraf edib ki, hazırda həmin binanın tikintisi üçün AZAL-ın vəsaiti yoxdur: “Bu gün bizim büdcəmizlə bağlı çətinliklərimiz var. Hazırda əsas vəsaitləri təyyarələrin hazırlığını saxlamağa, məhürriklərin təhlükəsizliyini təmin etməyə yönədlirik”.

A.Məmmədov bildirib ki, büdcədən vəsait ayrılmasa binanın tikintisi baş tutmayacaq: “Gələcəkdə büdcədən vəsait ayrılmasa və neftin qiymətləri artmasa bu bina tikilməyəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol