Türkiyə Silahlı Qüvvələri "Bordo bereli"ləri Suriya sərhədlərinə yerləşdirdi
Türkiyə-Suriya sərhədində hərbi fəallıq günbəgün artır. ANS PRESS-in məlumatına görə, Türkiyə Silahlı Qüvvələri "Bordo bereli"ləri (Xüsusi Qüvvələr Komandanlığı) daşıyan 10-dan çox hərbi avtomobil Suriya sərhədində yerləşən Kilis vilayətinə göndərilib.
"Bordo bereli"lərin bir hissəsi İŞİD terrorçu qruplaşmasının nəzarəti altında olan Elbeyli bölgəsinə, bir hissəsi PKK terror təşkilatının bir qanadı plan PYD silahlılarının nəzarəti altında olan Afrin rayonunun qarşısındakı Martavan bölgesinə göndərilib.
Bundan başqa "Bordo bereli"lər Suriya ilə sərhəd digər vilayətlərə - Hatay, Gaziantep, Şanlıurfa və Mardinə də yerləşdirilib.
"İxlas" xəbər agentliyinin məlumatina görə, Suriya səhədlərinə zabit, ehtiyat zabitləri də cəlb olunub.
Türkiyə-Suriya sərhədində son vaxtlar gərginlik hökm sürürdü. Lakin Şanlıurfa vilayətinin Suruç rayonunda baş vermiş terror aktından sonra sərhəddə hərbi fəallıq bir az da artdı. Çünki məlum oldu ki, terror aktı İŞİD terrorçu qruplaşması tərəfindən həyata keçirilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terror aktından sonra sərt açıqlama verdi: "Ərdoğan artıq hərəkətə keçməyin vaxtıdır".
Türkiyə mətbuatında iddia edilir ki, Ərdoğan bu açıqlamanı verməklə İŞİD və PKK-ya qarşı ordudan istifadə edəcəyinə işarə edib.


Şərhlər