“ABŞ şirkətləri özlərinin maraqlarına uyğun olduğu təqdirdə investisiya yatırır. Biz ötən zamanlarda Azərbaycana çox güclü investisiya yatırmışıq. Əminliklə inanıram ki, bu, gələcəkdə də davam edəcək”.
APA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibinin köməkçisinin baş müavini Riçard Hoqland deyib.
“Ola bilsin ki, indiki dövrdə bu, nisbətən azalıb, lakin münasibətlərin gələcək inkişafı ilə ABŞ-ın Azərbaycana yatırdığı investisiyanın həcminin də artması mümkündür”, - deyə R. Hoqland bildirib.


Şərhlər