Menu

Türkiyədə 3 şübhəli həbs olunub

23.07.2015, 16:21
Türkiyədə 3 şübhəli həbs olunub

Türkiyənin təhlükəsialik qüvvələri iki polisin qətlində şübhəli bilinən 3 nəfərin həbs edildiyini xəbər verir.

Yerli informasiya vasitələrinin məlumatına görə, onlar iyulun 23-ü səhər saatlarında keçirilən xüsusi reyd zamanı yaxalanıb.

PKK yaraqlıları bundan bir gün əvvəl polislərin qətlinə görə cavabdehliyi üzərlərinə götürüblər.

Onlar polisləri İslam Dövləti qrupu ilə əməkdaşlıqda ittiham edirlər.

Onlar bunun iyulun 20-də Suruc şəhərində 32 kürd fəalın qətli ilə nəticələnən partlayışa cavab olduğunu deyirlər.

Polislər Suriya sərhəddinin yaxınlığında yerləşən Şanlıurfa rayonunun Celanpinar şəhərində öldürülüb.

Türkiyə hakimiyyəti bildirib ki, Surucdakı partlayışın arxasında İslam Dövləti qrupu durur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol