Türkiyənin Qaziantep şəhərində tikintisi davam edən binanın balkonu uçub.
Musavat.com-un məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Verilən məlumatda bildirilib ki, tikintisi davam edən 12 mərtəbəli binanın balkonu uçub, usta və fəhlələr binanın zirzəmisinə yıxılıb. Nəticədə 2 işçi ölüb, 4 işçi isə yaralanıb.
Hadisə yerinə təcili yardım maşınları və xilasediçilər cəlb edilib.


Şərhlər