Avropa Liqasında II təsnifat mərhələsində cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “İnter” İslandiya “Hafnarfyordur”u ilə qarşılaşıb.
Tarixində ilk dəfə III mərhələyə keçmək istəyən “İnter” meydana səfərdə qazandığı 2:1 hesablı qələbənin rahatlığı ilə çıxmışdı. Oyun isə gözlənildiyi kimi sönük başladı.
İlk hissənin sonlarında “bankirlər” hesabı açaraq vəziyyəti bir az da öz xeyirlərinə dəyişdilər.
Ancaq ikinci hissədə rəqibin ard-arda vurduğu iki qol oyunu əlavə vaxta apardı.
Əlavə olunmuş ilk 15 dəqiqənin 1-ci dəqiqəsində isə Rauf Əliyev fərqlənərək oyunda hesabı 2:2, ümumi hesabda isə 4:3 etdi.
Matç bu hesabla başa çatdı.
Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
"İnter" (Bakı, AZƏRBAYCAN) - "Hafnarfyordur" (İslandiya) - 2:2
Qol: Abbas Hüseynov, 45+1, Rauf Əliyev, 91 - Valdimarsson, 47, Finnboqasson, 52
Qırmızı vərəqə: Finnboqasson, 55
Baş hakim: Yaroslav Kozık
Yan xətt hakimləri: Semyon Şlonçak, İqor Alyoxin
Dördüncü hakim: Sergey Boyko (hamısı Ukrayna)
UEFA hakim-inspektoru: Cerrard Perri (İrlandiya)
UEFA nümayəndəsi: Artur Qaydels (Litva)
Bakı. “İnter Arena” stadionu
İlk oyun – 2:1
“İnter”: 25. Səlahət Ağayev, 3. Xuanfran, 4. Laşa Kasradze, 14. Zurab Xizanişvili, 30. Abbas Hüseynov, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 19. Mirhüseyn Seyidov, 24. Fuad Bayramov, 11. Rauf Əliyev, 23. Dieqo Martins
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Denis Silva, 22. İlkin Qırtımov, 10. Elnur Abdullayev, 15. Yan Polyak, , 13. Mirsahib Abbasov, 45. İlkiin Sadıqov
Baş məşqçi: Zaur Svanadze
“Hafnarfyordur”: 12. Finnboqason, 4. Tillen, 5. Petur Vidarsson, 20. Kassim Dumbia, 26. Conatan Hendriks, 8. Emil Pallson, 9. Torarin Valdimarsson, 10. David Vidarsson, 13. Byarni Vidarsson, 22. Servi, 11. Atli Qudnason
Ehtiyat oyunçular: 15. Torrison, 21. Bödvar Bödvarson , 16. Consson, 23. Qudmundsson, 18. Finboqason
Baş məşqçi: Haymir Qudyonson


Şərhlər