Menu

İbrahim Nehrəmlinin şirkəti Vergilər Nazirliyini məhkəməyə verdi

24.07.2015, 11:04
İbrahim Nehrəmlinin şirkəti Vergilər Nazirliyini məhkəməyə verdi

“Avesta Konserni” MMC Azərbaycan Vergilər Nazirliyi və Bakı Şəhər Vergilər Departamentini məhkəməyə verib.

“Report”un xəbərinə görə, şirkət vergi borcunun ləğv edilməsi barədə iddia qaldırıb. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi aktı qismən ləğv edib və yeni qərar qəbul edib. Hazırda işə Azərbaycan Ali Məhkəməsində baxılır.

Vergi borcunun məbləği açıqlanmır.

“Avesta Konserni” MMC-nin sahibi İbrahim Nehrəmli sayta açıqlamasında şirkətin vergi orqanlarını məhkəməyə verməsindən xəbərsiz olduğunu deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol