ABŞ 86 yaşlı Nikolas Leosun ekstradisiyası barədə müraciət edib
ABŞ Paraqvayın hakim dairələrinə ev həbsi altında olan Cənubi Amerika Futbol Konfederasiyasının (Conmebol)86 yaşlı sabiq prezidenti Nikolas Leosun ekstradisiyası barədə müraciət edib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Paraqvay Xarici İçlər Nazirliyinin nümayəndəsi müvafiq sənədin alınmasını təsdiq edib. “Biz ABŞ səfirliyi tərəfindən göndərilmiş bütün sənədləri alınıb və onları ölkənin Ali Məhkəməsinə təqdim edilib”, – deyə nazirliyin nümayəndəsi bildirib.
Qərb mətbuatının yazdığına görə, 1986-2013 illərdə Cənubi Amerika Futbol Konfederasiyasına başçılıq edən Leos adı 2002 il dünya çempionatın ev sahibi seçilməsi üçün rüşvət almaqda iştirak edib. Qeyd edək ki, yayılan məlumata əsasən o zaman Yaponiya Futbol Assosiasiyası Conmebol üzvlərinin hesablarına 1,5 milyon ABŞ dolları keçirib. Nikolas Leos bu vəsaitin Konfederasiya məmurları arasında bölüşdürülməsinə rəhbərlik edib.
Bununla əlaqədar FİFA-nın icrayyə komitəsinin sabiq üzvü N.Leos barəsində İnterpol xətti ilə axtarış da elan edilib. /anspress


Şərhlər