Menu

“Atletik” – “İnter” görüşünün başlama vaxtı dəqiqləşib

24.07.2015, 12:15
“Atletik” – “İnter” görüşünün başlama vaxtı dəqiqləşib

Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində keçiriləcək “Atletik” (İspaniya) – “İnter” (Azərbaycan) matçının başlanma vaxtı açıqlanıb. Apasport.az Bilbao klubunun rəsmi saytına istinadən xəbər verir ki, “San Mames” stadionunda keçiriləcək qarşılaşma iyulun 30-da, yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə 23:45) start götürəcək.

Oyunun biletləri ayın 29-dan satışa çıxarılacaq.

Qeyd edək ki, “İnter” əvvəlki təsnifat mərhələlərində Albaniyanın “Laçi” və İslandiyanın “Hafnarfyordur” klubunu mübarizədən kənarlaşdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol