Menu

NASA Yerə maksimum oxşar planet aşkarlayıb - "Kepler 452" (Foto)

24.07.2015, 16:18
NASA Yerə maksimum oxşar planet aşkarlayıb - "Kepler 452" (Foto)

Xarici KİV-in yaydığı xəbərə görə, ABŞ Kosmik Agentliyi (NASA) cümə axşamı Yer planetinə maksimum oxşar planet aşkarladığını bəyan edib. Bu xəbəri Agentliyin Vaşinqtonda keçirdiyi mətbuat konfransından onlayn-translyasiya həyata keçirən «The Independent» qəzeti yayıb (İnterfaks.ru).

Tapıntı, məxsusi olaraq, ekzoplanet (Günəş sistemindən kənar planet) axtarışları həyata keçirmək üçün orbitə çıxarılmış «Kepler» kosmik teleskopunun sayəsində baş tutub.

Kepler 452 adlandırılan bu planet, özünün Günəşə oxşar ulduzu ətrafında Yer orbitinə oxşar orbit üzrə dövr edir. Odur ki, yeni tapılmış planetdə ilin uzunluğu 380 Yer gününə bərabərdir. Kepler 452 Yerdən 1,5 dəfə böyükdür. Onun yaşı 6 milyard il təşkil edir (Yerin 4,5 milyard illik yaşı ilə müqayisədə). Onun öz ulduzundan aralıq məsafəsi və səthinin bərk olması burada həyatın mövcudluğunu mümkün edir.

«Əvvəllər biz, Yerə bu qədər oxşar planet görməmişdik» - deyə, «Kepler» teleskopundan alınan məlumatları təhlil edən böyük təhlilçi Ron Cenkins bəyan edib.

Tək bircə əngəl ondan ibarətdir ki, Yerin aşkarlanmış «əkizi» ondan 1,4 min işıq ili məsafəsində yerləşir. Odur ki, hazırda mövcud olan texnologiyaların köməyi ilə Kepler 452 planetinə səfər 550 milyon Yer ili qədər vaxt aparar.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol