Menu

“Bizə münasibət dəyişməlidir” -  PA rəsmisi

24.07.2015, 16:19

novruz memmedov“ABŞ dövlət katibi köməkçisinin baş müavini Riçard Hoqland və Avropa İttifaqı prezidenti Donald Tuskun səfərləri Azərbaycanın mövqeyi ilə bağlı olub. Azərbaycan 24 il Avropa və ABŞ ilə sıx əməkdaşlıq edibsə, niyə fərqli mövqe qoyulmalıdır? Həm ABŞ, həm də Avropa İttifaqı artıq bizi anlayır” .

APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bəyan edib.

N. Məmmədov deyib ki, həm ABŞ, həm də Avropa İttifaqı Azərbaycanın mühüm tərəfdaş olduğunu bildirirlər: “Riçard Hoqlandın səfəri də bu ruhda idi. Enerji məsələləri ilə bağlı ABŞ-dan Azərbaycana gələn nümayəndə heyəti də münasibətlərin inkişafını arzuladı. Almaniya tərəfdən də belə təklif olub, biz də müsbət mövqeyimizi bildirmişik. Ancaq onu da deyim ki, biz mövqeyimizə sadiqik, bizə münasibət dəyişməlidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol