Menu

"Konstitusiya islahatları çevrilişə gətirib çıxaracaq" - Sabiq baş nazir

25.07.2015, 09:35
"Konstitusiya islahatları çevrilişə gətirib çıxaracaq" - Sabiq baş nazir

“Konstitusiya islahatları parlament respublikasına yox, çevrilişə gətirib çıxaracaq.

APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın sabiq baş naziri deputat Qrant Baqratyan bildirib.

“Hökumət islahatlar təklif etməklə hansı məsələləri həll edir?” sualına Baqratyanın cavabı belə olub: “Hesab edin ki, özlərinin təkrar istehsalı məsələsini həll edirlər”.

O islahatların dördüncü erməni respublikasının əsasını qoyacağı ilə bağlı səsləndirilən iddialarla razı olmadığını bildirib: “Bu yanlış fikirdir. Bu konstitusiya respublikanın möhkəmləndirilməsinə yönəlməyib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol