Menu

PKK terrorçuları 4 nəfəri qaçırdı

25.07.2015, 10:53
PKK terrorçuları 4 nəfəri qaçırdı

Türkiyədə hökm sürən gərgin vəziyyət davam edir. Ötən gün də qonşu ölkədə terror hücumlarısız ötüşməyib. Anspress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, PKK terror rəşkilatı üzvləri bir gündə 4 nəfəri qaçırıblar.

Bunlardan biri polisdir. İstanbulda çalışan polis məmuru ailə ziyarətindən qayıdarkən Diyarbakır-Bingöl yolunda hücuma məruz qalıb. PKK terrorçuları onun həyat yoldaşı və övladını sərbəstə buraxıb.

Digər qaçırılma halı isə Ərzurumda baş verib. Bu şəhərdə terrorçuların qurbanları təcili tibbi yardım briqadası olub.

Gecə saatlarında Diyarbakırın Bismil rayonunda bombalı hücum olub. Hücum zamanı 7 polis əməkdaşı yaralanıb.

Qardaş ölkədə terrorla mübarizə əməliyyatları iyul ayının 20-də Şanlıurfada baş verən hadisədən sonra daha da güclənib. Belə ki, Suruc rayonunda kamikadzenin özünü partlatması nəticəsində 32 nəfər həlak olub. Ölənlər Kobaniyə yardıma gedən gənclər olub.

İstanbul Polis İdarəsi ötən gün başlayan əməliyyatları davam edib. Bəyoğlu istiqamətində keçirilən əməliyyata havadan da dəstək verilib. Xüsusi təyinatlılar öncədən müəyyən edilmiş ünvanlara eyni anda basqın ediblər. Əməliyyatlar davam edir.

Xatırladaq ki, terrorla mübarizə üzrə genişmiqyaslı əməliyyatlar ötən gündən başlayıb.

Türkiyənin 16 şəhərində başlayan əməliyyatlarda 10 mindən artıq polis iştirak edib.

Terrorla əlaqəsi olmaqda şübhəli bilinən 300-ə yaxın şəxs həbs edilib. Bir canlı bomba isə ölü olaraq ələ keçirilib.

Surucdan sonra bir sıra şəhərdə bir-birinin ardınca terror aktları qeydə alınıb.

Ötən gecədən başlayaraq Türkiyə qırıcıları İŞİD hədəflərini bombardıman edib.

PKK bir neçə dəfə Naxçıvanla sərhəddə yol kəsərək maşınlara od vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol