Menu

Rusiyada inflyasiya Avropanı üstələyir - Yarım ildə 14 dəfə!

25.07.2015, 11:25
Rusiyada inflyasiya Avropanı üstələyir - Yarım ildə 14 dəfə!

Rusiya KİV-i xəbər verirlər ki, cari ilin iyun ayında Rusiyada istehlak qiymətləri may ayına nisbətdə 0,2 faiz, ilin əvvəlindən isə 8,6 faiz qalxıb (Rosbalt).

Avropa İttifaqı (Aİ) ölkələrində isə ümumilikdə, iyun ayında inflyasiya sıfıra bərabər olub. İlin ilk 6 ayında Aİ-da qiymətlər cəmi 0,6 faiz qalxıb. Bu rəqəmlər Rusiya federal dövlət statistika xidmətinin (Rosstat) hesabatında yer alıb.

Rosstat qeyd edir ki, 2015-ci ilin iyun ayında xarici ölkələr arasında istehlak qiymətlərinin may ayına nisbətən ən çox qalxdığı ölkələr Malta, Yunanıstan, Braziliya, Belarus olub - 0,7-1,0 faiz. İlin əvvəlindən isə bu göstərici Ukraynada 40,7 faiz, Belarusda 7,3 faiz, Braziliyada 6,2 faiz təşkil edib.

Bir sıra ölkələrdə istehlak qiymətlərinin orta səviyyəsi iyun ayında may ayına nisbətən enib. Bu göstərici ən çox Rumıniyada (2,5 faiz), Ermənistanda (1,4 faiz), Qırğızıstanda (0,9 faiz) müşahidə olunub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol