Xarici KİV-in yaydığı məlumata görə, Yunanıstan hökuməti vətəndaşlarına ölkədən 2 min avrodan artıq nağd pul çıxarmağı qadağan edib. Bu barədə qanun cümə günü qüvvəyə minib (Rosbalt).
Sənədə əsasən, vətəndaşlara ölkədən avro ilə və ya xarici valyuta ilə adambaşına cəmi 2 min avro (və ya buna ekvivalent xarici valyuta) çıxarmağa icazə verilir. Bu məhdudiyyət daimi olaraq xaricdə yaşayan əcnəbilərə şamil olunmur. Nağd valyutanın ölkədən çıxarılmasına qadağa barədə qərar Yunanıstan Bankının rəhbəri tərəfindən qəbul olunur.
Bundan əvvəl Yunanıstan vətəndaşlarına ölkədən nağ olaraq 10 min avro çıxarmağa icazə verilirdi.
Xəbər verilir ki, Yunanıstan bankları üç günlük «tətil»dən sonra, yenidən açılıb. Ölkədə hələ də bank hesabından nağd vəsaitin çıxarılmasına qoyulmuş məhdudiyyət davam edir - həftə ərzində 420 avrodan artıq olmayan məbləği çıxarmaq olar.
AzPolitika.info


Şərhlər