ABŞ prezidenti Barak Obama ata yurduna səyahət zamanı nənəsi və digər ailə üzvləri ilə şam yeməyində olub.ANS PRESS-in "Reuters"ə istinadən verdiyi məlumata görə, Obama, onun nənəsi Sara Obama, ögey bacısı Auma Obama və onlarla digər qohumlar prezidentin qaldığı Nayrobi otelində şam yeməyində iştrak ediblər.
Bundan əvvəl xəbər verilmişdi ki, Obamanı Keniya paytaxtının aeraportunda ölkə prezidenti Uxuru Keniata qarşılayıb. Liderin gəlişi münasibətilə təhlükəsizlik tədbirləri gücləndirilib. 10 min əsgər hazırda Keniya paytaxtını qoruyur.
Barak Obama burada Afrikada sahibkarlıq mövzusunda keçiriləcək konfransa iştirak edəcək. Səfər zamanı biznes və investisiyalardan başqa təhlükəsizlik və terrorizmlə mübarizə mövzuları da müzakirə olunacaq.
53 yaşlı Barak Hüseyn Obama ABŞ-ın 44-cü Prezidentidir. O, Afrika ölkələri Keniya və Efiopiyaya rəsmi səfər edən ilk ABŞ prezidenti kimi tarixə düşəcək.
Səfərlə əlaqədar Keniyada təhlükəsizlik tədbirləri güclənib
Keniyalılar ali qonağı gözləyir
Barak Obama Keniyaya səfər edən ilk ABŞ prezidentidir
Barak Obama Nayrobi aeraportunda qarşılanarkən
Barak Obamanı aeraportda Keniya prezidenti və ögey bacısı qarşılayır
Obama aeraportda xatirə dəftərinə sözlərini yazır
Nayrobi aeraportunda jurnalıistlər
Obama Nayrobidə
ABŞ prezidenti ailə üzvləri ilə şam yeməyində


Şərhlər