Menu

“ABŞ-ın sanksiyaları on illlərlə uzana bilər...” - Medvedyev

25.07.2015, 13:53
“ABŞ-ın sanksiyaları on illlərlə uzana bilər...” - Medvedyev

Rusiya istisna etmir ki, ABŞ-ın sanksiyaları uzun müddətə qala bilər və Kreml vəziyyyətin bu cür inkişafına hazırdır. Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə baş nazir Dmitri Medvedyev Sloveniya qəzetinə müsahibəsində bildirib.

“Mən sanksiya inersiyasının ABŞ-da uzun müddət qalacağını mümkün sayıram. 40 il mövcud olmuş və iqtisadi rıçaqdan siyasi rıçaqa çevrilmiş Cekson-Venik düzəlişini yada salmaq kifayətdir” – baş nazir deyib.

Qeyd edək ki, Amerikanın ticarət qanuna 1974-cü ildə edilmiş Cekson-Venik düzəlişi öz ölkələrindən sərbəst emiqrasiyaya mane olan ölkələrlə Birləşmiş Ştatlar arasında ticarətin məhdudlaşdırılmasını nəzərdə tuturdu. Rusiyaya münasibətdə bu düzəlişin qüvəsi 2012-ci ildə dayandırılıb.

Amerika Rusiyaya qarşı iqtisadi-maliyyə sanksiyalarını Krımın ilhaqı səbəbindən ötən ilin yayından tətbiq eləməyə başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol