Menu

Şəhid əsgər dəfn edildi - VİDEO

25.07.2015, 16:58
Şəhid əsgər dəfn edildi - VİDEO

Fətəliyev Eldar Səxavət oğlu anadan olduğu Gədəbəyin İvanovka kəndində torpağa tapşırılıb.

Düşmənin qarşısı alınarkən şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçusu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu dəfn edilib.

ANS TV-nin məlumatına görə, Vətən uğrunda canını qurban verən şəhidimiz anadan olduğu Gədəbəyin İvanovka kəndində torpağa tapşırılıb.

Fətəliyev Eldar Səxavət oğlunun meyidi hərbi qulluqçular tərəfindən yaşadığı İvanovka kəndinə gətirilərək ailəsinə təhvil verilib.

Daha sonra şəhid yaşadığı kənddə torpağa tapşırılıb. Şəhid Fətəliyev Eldar Səxavət oğlu Silahlı Qüvvələrimizin hərbi qulluqçusu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol